Xoşqədəm Hidayətqızı məhkəməyə verildi

Aparıcı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramov məhkəməyə müraciət edib.

Vəkil Xoşqədəm Hidayətqızını istintaq sirrini yaymaqda ittiham edərək, onun efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaydığını bildirib. 

B.Bayramov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə müraciət edərək iddia edib ki, Xoşqədəm Baxşəliyeva Konstitusiyanın və Cinayət-prosessual qanunvericiliyinin tələblərini pozur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ