Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkə hesabındakı son paylaşımı etirazla qarşılanıb.
Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, küçədə duran bir şəxsə “camaata məsləhətin nədir” sualı ilə yaxınlaşıb.
Həmin şəxsin çəkilişə icazə verməməsinə baxmayaraq, Bağırzadə onun sözlərinə məhəl qoymayıb, çəkilişinə davam edib və üstəlik həmin görüntüləri instaqram səhifəsində paylaşıb.
Əməkdar artistin bu hərəkəti kəskin tənqid olunub. Yazılan saysız-hesabsız tənqidi şərhlərdən sonra B. Bağırzadə sözügedən paylaşımı silməli olub.
Məsələ ilə bağlı Əməkdar artistlə əlaqə saxlamağa çalışdıq, lakin onun telefonu bağlı olduğundan danışa bilmədik.
B. Bağırzadə həmin şəxsin üzünü açıq paylaşsa da, biz etik qaydaları nəzərə alaraq, onu üzübağlı təqdim edirik: