Azərbaycanın ən gözəl qızı necə yaşayır: Nurlana tənqidlərə cavab verdi - FOTO + VİDEO

“Miss and Mister Azerbaijan 2022” milli gözəllik müsabiqəsinin qalibləri Nurlana Vəliyeva və İsa Ələkbərov cəmiyyətdə birmənalı qarşılanmayıblar. 

Buta.media xəbər verir ki, ölkənin ən gözəl qızı Sputnik Azərbaycan-a müsahibəsində özündən və həyatından ətraflı danışıb.

“Uzun illər kamandan oxatma üzrə Azərbaycan yığmasının üzvü olmuşam. Ölkədə və xaricdə keçirilən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Çoxlu medallarım, mükafatlarım var. Bundan sonra stend atıcılığı komandasına keçdim”, - Nurlana deyir.

O əmindir ki, hər bir qızın model olmaq arzusu var.

“16 yaşımdan moda sahəsində işə başladım. Anam buna qarşı deyildi, ancaq dərslərimə və idmanıma mane olmamaq şərti ilə. Model agentliyinə getdim, mənimlə dərhal müqavilə bağladılar. Elə həmin vaxtdan model kimi fəaliyyət göstərirəm”, - Nurlana bildirib.

Milli gözəllik müsabiqəsində iştirak etmək arzusu Nurlanada ilk dəfə 2020-ci ildə yaranıb.

“Kastinqə hamıdan gec gəldim və başa düşdüm ki, müsabiqə çox vaxtımı aparacaq. Həmin vaxt magistraturaya daxil olmağa hazırlaşırdım. Oxumağa vaxtım çatmadığından, müsabiqədən kənarlaşamağa qərar verdim. Özümü yalnız dərslərə həsr etdim” - deyə o xatırlayır.

Bu il yenidən kastinqə qatılan Nurlana sona qədər mübarizə aparmağı qarşısına məqsəd qoyub. Bundan əlavə, o, magistraturanı bitirdiyi üçün sevdiyi işlə məşğul olmağa rahat davam edib.

“Finala çıxdım və qalib gəldim. İştirakçıların hər biri inanırdı və qalib gələcəyinə ümid edirdi. Bütün qızlar yaxşı, xoş xasiyyətli, qalib olmağa layiq idilər. Sevinirəm ki, onlar da müxtəlif nominasiyalarda mükafatlandırılıblar”, - deyə Nurlana bildirib və əlavə edib ki, qələbə onun həyatını tamamilə dəyişib.

Belə ki, “Miss Azerbaijan 2022” titulunu qazanandan sonra Nurlana daha çox tanınıb və yeni təkliflər alıb. Hazırda o beynəlxalq gözəllik müsabiqələrində iştirak etmək barədə fikirləşir, hələlik isə Bakıda keçiriləcək  Moda həftəsinə hazırlaşır.

Model gözəllik yarışmasında qalib olduqdan sonra ictimaiyyət tərəfindən məruz qaldığı tənqidlərə də münasibət bildirib.
 
“İnsanlar sadəcə görmək istədiklərini görürlər. Real həyatda hər birimiz səhifəmizə yerləşdirdiyimiz fotodan fərqliyik. Rəylərin bir qismini nəzərə aldım, qalanlarına fikir verməmək qərarına gəldim", - o deyir.

Yeri gəlmişkən, modelin xarici görünüşünü tənqid edənlər arasında hətta “Miss Azərbaycan 2021” titulunun sahibi Milan Babayeva da var.

“Çoxları bu barədə mənə yazıb. Məncə, bunun səbəbi şəxsi komplekslər, paxıllıq, diqqətsizlik və yarımçıq qalan arzulardır", - Nurlana deyir.

Model fəaliyyətində hər zaman özünə müəyyən məhdudiyyətlər qoyduğunu və qoymağa davam etdiyini deyən Nurlana bildirib ki, bir neçə dəfə açıq fotosessiyalarda çəkilmək üçün təklif alıb, lakin hər dəfə imtina edib.

Model çoxsaylı plastik əməliyyatlarla bağlı iddialara da münasibət bildirib.

“Şəxsi arxivimdən olan şəkillər sosial şəbəkələrdə yayılıb. Onların hamısı “Photoshop”, vasitəsilə pis şəkildə redaktə olunub. Keçid dövründə çox az adam gözəlliklə öyünə bilər. Bütün bu şəkilləri Milana yayıb. Mənimlə əlaqə saxlaya bilərdi, ona orijinal fotoları göndərərdim”, - deyə o bildirib.

Nurlana hesab edir ki, internetdə dünya ulduzlarının uşaq şəkilləri var və onların hər biri bu müddət ərzində dəyişib, ona görə də uşaqlıq yox, indiki fotolara qiymət vermək lazımdır.

Plastik əməliyyatlara qaldıqda isə, model etiraf edir ki, yalnız rinoplastika etdirib:

“Mənim burnumda deformasiya var idi, bu səbəbdən nəfəs almaqda çətinlik yaranmışdı. Əgər nə vaxtsa başqa bir cərrahi əməliyyat etdirsəm, sizə xəbər verəcəyəm”, - gözəllik kraliçası deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ