Nadir finalda neçənci çıxış edəcək?

Azərbaycanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Nadir Rüstəmlinin finaldakı çıxış sırası açıqlanıb.

Buta.media xəbər verir ki, o, mayın 14-də Turində keçiriləcək yarışmada səhnəyə 15-ci çıxacaq.

Qeyd edək ki, finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək. Qalib teletamaşaçılar və peşəkar münsif heyətinin səsverməsi əsasında seçiləcək.

Bukmeykerlərin proqnozlarına əsasən, qalibiyyətə əsas favorit Ukraynadır. TOP-5-ə, həmçinin Böyük Britaniya, İsveç, İtaliya və İspaniya daxildir.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ