Ötən il Azərbaycanı Avroviziyada təmsil edən Samirə Əfəndi müzakirələrə səbəb olacaq açıqlama verib.
OLAY yazır ki, sənətçi instaqramda video paylaşaraq Norveç delegasiyası tərəfindən İtaliyaya dəvət olunduğunu, bu səbəbdən Azərbaycana dəstək olmadığını vurğulayıb:
“Dünəndən bəri saysız mesajlar alıram ki, bu ilki iştirakçıya niyə dəstək olmuram. Birincisi bu il Avroviziyaya dəvəti Norveç tərəfindən almışam və öz komandalarına dəstək kimi dəvət ediblər. İkincisi, məni bizim böyüklərimiz dəstəkləmişdi. Başqa Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva məni dəstəkləmişdi. Bilmirəm, builki iştirakçıya dəstək olacaqlar, ya yox! Götürüb onlara yazın, mənə yox.
Mənə bu qədər məktub yazmaq lazım deyil. Buna ehtiyac yoxdur. Sizcə nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib digər ölkəni dəstəkləyim? Öz işimi, nə etdiyimi gözəl bilirəm”.