Aysel Xoşqədəmi məhkəməyə verdi: Atası yaşda kişiylə eşq yaşamamalıdır

13 illik evliliyini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova ətrafında qalmaqal bitmək bilmir. 

 
Buta.media-nın məlumatına görə, Axşam.az-ın məlumatına görə, "Səni axtarıram" verilişinə gələn Turanə iş adamı olan əri Elçinin qızını ondan aldığını söyləyib. 
 
Ayselin vəkili Ruhin Yolçuyev X.Hidayətqızına məktub yollayıb və yazıda bunlar qeyd olunub:
 
"Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş, şəxsi və ailə həyatı üzrə yayılması məlumatlar Ayselin razılığı olmadan yayımlanmışdır".
 
Xoşqədəm daha sonra Ayselə müraciət edib və deyib ki, studiyaya gəlib danışsın:
 
"Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver.  
 
Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm.".


 
Qeyd edək ki, Turanə "Yetim" ləqəbli ərinin avtosalonları olduğunu və tikinti işi ilə məşğul olduğunu söyləyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ