Prezident daha bir Xalq artistinə ev verdi

Prezident İlham Əliyev Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədova ev hədiyyə edib.
 
Buta.media kulis.az-a istinadən xəbər verir ki, bu barədə aktyor özü məlumat verib:
 
“Sənətimin qiymətləndirilməsi məni çox sevindirib. Cənab prezidentə təşəkkür edirəm! Sağ olsun prezident! Ev Xətai rayonunda üçotaqlı mənzildir. Mənzil şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişdim. Onlar da mənim xahişimi nəzərə aldılar. Minnətdaram!"


Qeyd edək ki, bir müddət əvvəl İlham Əliyev Əjdər Həmidov ev hədiyyə etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ