22 yaşlı polşalı Karolina Belyavska “Miss world — 2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Müsabiqədə o, müvafiq olaraq ikinci və üçüncü yerləri tutan ABŞ və Kot-d’İvuar nümayəndələri Şri Seyni və Oliviya Yeseni geridə qoyub. Karolina öz tacını “Dünya gözəli-2019” titulunun sahibi Toni-Enn Sinqxin əlindən alıb.
Buta.media Lenta.ru-ya istinadən dünyanın ən gözəl qızının həyatının təfərrüatlarını təqdim edir.
Mükafatlandırma mərasimi ikinci cəhddən Puetro-Rikanın San-Xuan şəhərində keçirilib. Hamı gözləyirdi ki, mərasim 2021-ci ilin dekabrında baş tutacaq, lakin planlara COVID-19 qarışıb. Finala bir neçə saat qalmış iştirakçıların 23-də, o cümlədən müsabiqənin 15 əməkdaşında koronovirus infeksiyası aşkarlanıb.
“Səhnədə adımı eşidəndə şokda idim, - “Miss world — 2021”in qalibi Karolina Belyavska etiraf edir. — Mən indiyə qədər buna inana bilmirəm”. Onun sözlərinə görə, dünyanın ən gözəl qızının tacını daşımaq böyük şərəfdir.
14 yaşında Karolina Belyavska Elite Model Look müsabiqəsində ikinci yeri tutub və həmin vaxtdan model işləyir, fotoçəkilişlərdə iştirak edir. “Bu təcrübə mənə əzmkar, səbirli və çalışqan olmağı öyrətdi. Bu moda dünyasında ilk addımlarım idi”, - Karolina deyir.
Yeni dünya gözəli universitetdə “menecment” ixtisası üzrə təhsil alır. Diplom aldıqdan sonra o, aspiranturaya imtahan vermək niyyətindədir.
Karolina Belyavska üzməyi, akvalanqla dalmağı, tennis və badminton oynamağı xoşlayır. “İdmanla məşğul olmaq özünə inamı artırır, məsuliyyət və nizam-intizamı möhkəmləndirir”, - Karlonia hesab edir.
Boş vaxtlarda gözəllik kraliçası evsizlərə kömək edir. O, doğma Lodz şəhərində “Zupa Na Pietrynie” xeyriyyə layihəsini təsis edib. Hər bazar günü layihə iştirakçıları evsizlərə isti yemək, paltar və tibbi maskalar paylayırlar. Bundan əlavə onları hüquqi və tibbi yardımla təmin edirlər.
Karolina həyatında anasında böyük ilham aldığını deyir. “Anam kimi heç kim məni motivasiya edə bilmir, və mən istənilən vəziyyətdə ona güvənə bilərəm, - qız iddia edir. – O, mənə nəyin doğrudan vacib olduğunu göstərir, və hər gün ondan yeni bir şey öyrənirəm”.
Yeni dünya gözəli həyatda ən çox səyahətləri sevir. O, dünyanın yarısını gəzib, Yeni Zelandiya, Avstraliya, Fransa, Kanada, Vyetnam, İrlandiya və İslandiya kimi ölkələri səyahət üçün xüsusi tovsiyyə edir.
Hans Xristian Andersen deyirdi ki, səyahət etmək yaşamaq deməkdir, və mən onu çox gözəl başa düşürəm.
Karolina Belyavska hesab edir ki, özünə güvənmək gözəllikdən daha vacibdir. “Sənin diplomun, savadın, təcrübən, gözəlliyin, pulun və əlaqələrin ola bilər, lakin özünə güvənmirsənsə məqsədinə çata bilməyəcəksən, – o izah edir. – Çünki, əgər özünə inanmırsansa, insanlar da sənə inanmayacaqlar”.