Polşalı Karolina Belyavska “Miss World 2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Buta.media-nın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.
Mükafatlandırma mərasimi Puetro-Rikonun San-Xose şəhərində keçirilib. Tacı ona “Dünya gözəli-2019” titulunun sahibi Toni-Enn Sinqx təqdim edib.
Ümumilikdə müsabiqədə 97 qız iştirak edib. İlk dəfə bu müsabiqəyə İraq və Somalidən nümayəndə qatılıb.
İkinci və üçüncü yerlərə Şri Sayni (ABŞ) və Oliviya Yayse (Kot d`İvuar) layiq görülüblər.