“Sübutları göstərə bilərəm”. Meyiti tapılan blogerin həkimi danışdı

Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədənşəkilləndirmə əməliyyatı etdirib və əməliyyatdan sonra ölüb.

Məsələ ilə bağlı sözügedən həkim Milli.az-a açıqlama verərək bildirib ki, hər şey ekspertiza rəyindən sonra məlum olacaq.

“Ölənin arxasınca danışmazlar, amma mən sübutları göstərə bilərəm”.

Həkimə ünvanlanan digər suallara isə hazırda cavab vermək istəmədiyini bildirib. O qeyd edib ki, pasiyenti dəfələrlə klinikaya dəvət etsə də, o gəlməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ