Pantone Beynəlxalq Araşdırma İnstitutu 2025-ci ilin əsas rəngini açıqlayıb.
Müvafiq material şirkətin saytında dərc olunub.
Beləliklə, qarşıdan gələn ilin rəngi “isti qəhvəyi” (17-1230 “Mocha Mousse”) seçilib.
Bildirilib ki, bu rəng rahatlıq və sadə həzlər arzusunu simvollaşdırır.
Qeyd edək ki, Pantone 2000-ci ildən əsas rəngi seçir. Pantone mütəxəssisləri 2024-cü ilin əsas rəngi kimi “şaftalı kölgəsi” (13-1023 “Peach Fuzz”) seçmişdi.