Samirə Əfəndiyə viza verilmədi

Norveçə səfər etməli olan “Avroviziya-2021” təmsilçimiz, müğənni Samirə Əfəndiyə viza verilməyib.

Bunu Norveçin “Avroviziya-2021” təmsilçisi Tiks deyib.

Onun sözlərinə görə, S. Əfəndi Norveçin “Avroviziya” milli seçim turunda – “Melodi Grand Prix 2022”də xüsusi qonaq qismində iştirak etməli idi: “Biletlər alınmışdı, o mənimlə səhnədə olmalı idi...”.

Tiks qeyd edib ki, Samirənin viza ala bilməməsi və bu səbəbdən Norveçə gəlməməsinə baxmayaraq, onlar “Melodi Grand Prix 2022”in keçirildiyi günlərdə daim “FaceTime”la danışıblar.

Qeyd edək ki, Samirə ilə Tiks “Avroviziya” zamanı sevgi münasibəti yaşamış, daha sonra vaxt azlığından bərabərlikləri davam etməmişdi.

Mənbə: Qafqazinfo

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ