Məşhur reper “Puff Daddy” ABŞ-da həbs olundu

Nyu-York polisi reper Diddini (əsl adı Şon Con Kombs, daha çox “Puff Daddy” və “P Diddy” təxəllüsü ilə də tanınır) saxlayıb.

Musiqiçinin sentyabrın 17-də Manhettendə federal dairə məhkəməsində çıxış edəcəyi və orada rəsmi cinayət işi açılacağı gözlənilir.

2023-cü ilin noyabrında Diddinin keçmiş sevgilisi və onun leyblnda olan  müğənni Cassie (Kassandra Ventura) reperin bir neçə il onu döydüyünü və təcavüz etdiyini bildirib.

Polis araşdırmaya başlayıb və bu müddət ərzində daha bir neçə nəfər Diddini zorakılıqda, insan alverində, narkotik alverində və çirkli pulların yuyulmasında günahlandırıb.

CNN qeyd edir ki, 2023-cü ilin noyabr ayından cinsi zorakılıq iddiası ilə reperə qarşı doqquz iddia qaldırılıb.

2024-cü ilin martında polis Diddini Los-Anceles və Mayami-Biçdəki evlərinə basqın edərək musiqiçinin telefonlarını, noutbuklarını və planşetlərini müsadirə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ