Yeni “iPhone 16” smartfonlarının qiymətləri açıqlandı

“Apple” şirkətinin nümayəndələri “iPhone 16” seriyalı yeni smartfonların qiymətlərini açıqlayıblar.

Əsas “iPhone 16”nın qiyməti 799 dollardır. “iPhone 16 Plus” ən azı 899 dollara başa gələcək. İlkin versiyada olan hər iki modeldə 128 giqabaytlıq yaddaş kartı var.

128 GB yaddaş tutumu ilə təchiz edilmiş “iPhone 16 Pro” 999 dollara başa gələcək. Ən azı 256 giqabayt yaddaşa malik “iPhone 16 Pro Max”ın qiyməti 1199 dollardır. Seriyanın ən yaxşı qadcetləri üçün ilkin sifarişlər 13 sentyabrdan başlayacaq. Smartfonlar sentyabrın 20-də ümumi satışa çıxarılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ