Aktyor Cavidan Novruz “Komedixana” layihəsindən ayrılmasından danışıb.
Sənətçi bu barədə “Qapqara” layihəsində söz açıb.
“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Bu haqda əvvəlcədən xəbərim yox idi. Truppa müdirinə zəng edib icazə istədim. O mənə dedi ki, 25-i atamın ad günü münasibətilə tədbirə hazırlaşırlar. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm. “Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil. Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənçiliklə yox, dostluqla ayrıldım”, - Cavidan Novruz deyib.
Qeyd edək ki, C. Novruzun atası mərhum Xalq artisti Ramiz Novruzdur.