“Avroviziya-2025”in keçiriləcək yer məlum oldu

“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi 2025-ci ilin may ayında İsveçrənin Bazel şəhərində keçiriləcək.

Bu barədə Avropa Yayım Birliyinin (EBC) mətbuat xidməti məlumat yayıb.

““Avroviziya-2025” Mahnı Müsabiqəsinin Böyük Finalı mayın 17-də Bazeldəki “St. Jakob Park” stadionunda, yarımfinallar isə mayın 13-də və 15-də keçiriləcək”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu ilin mayında “Eurovision”un qalibi “The Code” mahnısı ilə İsveçrəni təmsil edən müğənni Nemo olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ