Bakının mərkəzində rejissoru vurub qaçan üç velosipedçi tutuldu

Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adgözəlovu velosipedlə vurub qaçan şəxslər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adgözəlova qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adgözəlov hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.

29.08.2024 16:34

Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi vurub.

Hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib.

Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırıb.

Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib.

Onun sözlərinə görə, hazırda Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ