ABŞ-da polis sərnişin kimi skeleti daşıyan sürücünü saxlayıb - Bəs o, niyə bunu edib?

Vaşinqton polisi maşını saxlayıb. Sürücü sükan arxasında, sərnişin isə skelet. Sürücü bunu niyə edib? Oni hansı cəza gözləyir? Düşünmək üçün 30 saniyəniz var.

Cavab belədir: ABŞ avtomagistrallarında sərnişinləri olan nəqliyyat vasitələri üçün xüsusi ayrılmış zolaqlar (HOV lanes, və ya high-occupancy vehicle lanes) var. Onlar nəqliyyat vasitələrinə yükü artırmaqla tıxacları və havanın çirklənməsini azaltmaq üçün lazımdır. Belə bir zolaqla hərəkət etmək üçün salonda sürücüdən əlavə ən azı bir sərnişinin olması lazımdır.

Bu, sürücünü hiyləgərliyini izah edir. Yuxarıdakı şəkli tvit edən polis xüsusi olaraq bildirib ki, skelet "hesab olunmur" - sərnişin "sağ olmalıdır".

İndi sürücü 186 ABŞ dolları məbləğində cərimə ödəməli olacaq - belə bir cəza sərnişinlər olmadan ayrılmış zolaqda qeyri-qanuni hərəkət üçün nəzərdə tutulub. Əlavə olaraq sürücü 200 dollar ödəyəcək - kuklalar, manekenlər, o cümlədən skeletlərdən sərnişin istifadə edənlər üçün cərimə (bəli, məqaləmizin qəhrəmanı yeganə hiyləgər deyil).

Yeri gəlmişkən, skelet real deyil, plastik idi. Əks halda bu, tamam başqa cəza olardı...

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ