Hüseyn Həsənov “qaçaq düşüb”

Rusiya Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina iddia edir ki, Daxili İşlər Nazirliyinə müraciətindən sonra  Azərbaycan əsilli məşhur bloger Hüseyn Həsənovun “qaçaq düşüb”.

“Rusiya Daxili İşlər Nazirliyinə müraciətimizdən sonra onlar diqqəti Həsənova yönəltdilər: vergi idarəsi məhkəməyə müraciət edib, onun bir sıra şirkətləri dövlətə borclarına görə bağlanıb, özü də qaçıb”, Mizulina “Telegram”da yazıb.

KİV yazır ki, Hüseyn Həsənovun vergi idarəsinə 153 milyon rubl məbləğində borcu olduğu aşkarlanıb. Qeyd olunur ki, Federal Vergi Xidməti onun “Banda Foods” şirkətinin hesablarını bloklayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ