Boşanması ilə bağlı iddialar yayılan “Avroviziya-2009“ təmsilçimiz Aysel Teymurzadə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Müğənni Azərbaycan Dövlət Filarmoniyasındakı tədbirdən görüntülər paylaşaraq həyat yoldaşını - filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadəni işarələyib.
A. Teymurzadə paylaşımını ürək emojisi ilə tamamlayıb.
Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlzadə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün 3 övladı var.