Damla İranda hicabsız konsert verdi, zal bağlandı - video

Tanınmış müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon möhürlənib. 

Bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Ərdəbil prokurorluğu bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ