Riki Martinin Bakı konsertinə biletlərin qiymətləri açıqlandı

Dünya şöhrətli pop musiqiçisi Riki Martin Bakıda ilk konserti ilə çıxış edəcək.

Superstarın konsertinin biletləri bu gündən satışa çıxarılıb. Biletləri Iticket.az platformasından və Bakının bütün kassalarından onlayn əldə etmək olar. Qiymətlər 80-2500 manat civarında dəyişir.

Qeyd edək ki, konsert proqramı avqustun 2-də Xəzər dənizinin sahilində, “Sea Breeze” istirahət mərkəzində baş tutacaq.

Tədbirin təşkilərçıları bildiriblər ki, müğənni Azərbaycana 43 nəfərlik komandası ilə gələcək. Sənətçi özünün ən yaxşı hitlərini ifa edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ