Tanınmış aparıcıya nazirlikdə yüksək vəzifə verildi

Tanınmış azərbaycanlı aparıcı Maya İmran Dövlət Məşğulluq Agentliyində çalışmağa başlayıb.

Aparıcı bu buradə sosial media hesabında məlumat verib.

Maya İmran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin Media və İnformasiya təminatı şöbəsində Baş mütəxəssis vəzifəsinə təyin olunub.

“Biz həmişə yaxşı işlərlə məşğuluq,” deyə o paylaşımda qeyd edilib.

Qeyd edək ki, Maya İmran 2018-ci ildən bəri ATV-nin əməkdaşı idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ