Qeyri-etik paylaşımlar edən tiktoker saxlanılıb

Tiktoker Müşfiq Sərhəngov polis tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilir ki, M.Sərgəhov “TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edib.

Müvafiq qərarla 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov inzibati qaydada həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ