Şamaxıda Hava Şarları Festivalından maraqlı görüntü - video

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

Bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.  

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürəcək. iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki  “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcək.   Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq olar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ