Mayın sonunda rusiyalı müğənni Alsu bakılı əri Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Cütlük 18 ildən çox evli olub, lakin uzun müddətdir ki, iş adamının müğənnini aldatması ilə bağlı söz-söhbətlər dolaşır. Və deyəsən müğənninin səbri tükənib.
Bu gün Presnenski Məhkəməsində boşanan tərəflərin nümayəndələri arasında ilk söhbət baş tutacaq. Alsu iddia ərizəsini mayın 24-də təqdim edib.
“Hazırda onlar altı aydan çoc bir yerdə yaşamırlar”, Alsuya yaxın şəxs “StarHit”ə deyib. “Yan çoxdan ailədə görünmür. Alsu isə bu vəziyyətlə razılaşmadı. Daimi qalmaqallar heç nəyi dəyişmədi, ona görə də o, bu münasibətə son qoymaq qərarına gəldi”.
Qanuna görə, onlara barışmaq üçün təxminən iki həftə vaxt veriləcək, sonra görüş keçiriləcək, və cütlük qərarını verəcək. Şübhəsiz ki, boşanma prosesi bununla bitməyəcək, onlar əmlakı bölmək niyyətindədirlər.
Müğənninin Nikitski bulvarında bir mənzili var, onu yetkinlik yaşına çatanda valideynləri hədiyyə ediblər. Alsu praktiki olaraq orada yaşamırdı, çünki o, Londonda oxuyub. Rusiyalı müğənninin Londonda da daşınmaz əmlakı var: onun apartamentləri yaşayış binasının bütün mərtəbəsini tutur və panoramik pəncərələr bütün dörd əsas istiqamətə baxır.
Müğənninin hazırda yaşadığı əsas evi Usovo kəndindəki Rublyovkada yerləşir. Cütlük bu evi uşaqları doğulduqdan sonra tikib.
Alsunun atası Krımda, Sevastopol yaxınlığında, nəvələrinə kotec hədiyyə edib. Həmin evin geniş ərazisində şəxsi çimərlik, tennis kortu, tövlə, helikopter meydançası və hətta öz məscidi var.
Bundan əlavə, ər və arvad “Maybach 62”, eləcə də müəssisələrdə və bank hesablarında çoxsaylı səhmləri özündə cəmləşdirən avtomobil parkına sahibdirlər.