İctimai TV-də yayımlanan “Alatava” serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib
Bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
“Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilməzdik, lakin tövsiyələr vermişik”, deyə o bildirib.
Fazil Novruzov həmçinin əlavə edib ki, ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil.
O bildirib ki, ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir:
“Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”.