Biznesmen, müğənni Emin Ağalarov və rusiyalı model Alyona Qavrilova ikinci dəfə evləniblər. Bu barədə “StarHit” məlumat yayıb. Cütlük münasibətlərini Moskvada nikah evlərinin birində rəsmiləşdirib.
Nəşrin məlumatına görə, Ağalarov və Qavrilova ötən bazar, mayın 26-da yenidən ailə həyatı qurublar. Daha sonra onlar paytaxt restoranlarından birində kiçik mərasim təşkil ediblər. İnternetdə mərasimdən və ya ziyafətdən kadrlar yoxdur - qonaqlardan tədbiri sosial şəbəkələrdə reklam etməməyi xahiş olunub.
Məlumdur ki, mərasimdə tematik dress-kod olub - dəvət olunanlar ağ paltarda gəliblər. Zal və masalar da, eyni rənglərlə bəzədilib. Mənbə bildirib ki, gəlini toya paytaxtın ən yaxşı stilistlərindən biri hazırlayıb.
Emin Ağalarov və Alyona Qavrilova 2016-cı ildə görüşməyə başlayıblar.
2018-ci ilin iyul ayında cütlük evlənib. 2020-ci ildə Ağalarov həyat yoldaşından ayrıldığını açıqlayıb. Cütlüyün Afina adlı bir qızı var.
“Biz birlikdə çox şeylərdən keçdik və sənə qarşı böyük hörmət və minnətdarlıq hissi keçirirəm, bunu həyatım boyu daşımaq istəyirəm”, Emin Ağalarov Alyonadan ayrılandan sonra Instagram-da yazıb.
Mətbuatda ayrılığın mümkün səbəblərindən biri də Emin Ağalarovun valideynlərinin yeni həyat yoldaşını qəbul etməməsi olub. Məlum olub ki, Araz Ağalarov oğlunun toyunda iştirak etməyib.
“Salam-sağolları var deyirlər”, sənətçi atasının Qavrilova ilə münasibətindən danışarkən deyib.
2021-ci ildə Ağalarov Qavrilova ilə yenidən birgə görünməyə başlayıb. Bir il sonra müsahibəsində müğənni yenidən Alyona ilə görüşdüyünü açıqlayıb.