Xalq artisti vəfat etdi

Azərbaycanın teatr ictimaiyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi mayın 24-də, ömrünün 86-cı ilində vəfat edib. 

Tofiq Mövləvi 1 iyul 1938-ci ildə Naxçıvan şəhərində teatr aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. 2014-cü ilədək – 60 il burada çalışıb, Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalardan 100-dən çox müxtəlif xarakterli obraza həyat verib.

Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Tofiq Mövləvi 1974-cü ildə muxtar respublikanın, 1987-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i, 2008-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi. 

Mədəniyyət Nazirliyinin kollektivi tanınmış səhnə xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ