“HammAli & Navai” qrupunun solisti axtarışa verilib

“HammAli Navai” duetinin solisti Nəvai Bəkirov şirkətin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, müğənninin şirkəti olan “Scar Trading” MMC-nin 2 milyon rubldan çox borcu var.

Nəşr qeyd edir ki, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Ötən il şirkət 617 min 000 rubl zərərlə işləyib.

“Scar Trading” MMC tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ işlərlə məşğuldur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ