ABŞ-a köçən və orada çalışan azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) həmcinsi ilə evlənib.
Axşam.az xəbər verir ki, o, telejurnalist Endryu Kordner adlı bəylə nikaha girib. Natiq fevralın 15-də evlənsə də, məlumatı bu gün açıqlayıb.
Qeyd edək ki, Natiq Atakişiyev ANS-də və digər yerli televiziyalarda aparıcılıq edib. O, daha sonra yerli kanallların birinin ABŞ müxbiri kimi fəaliyyət göstərib. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi çalışır.