İtaliyalı modelyer Roberto Kavalli vəfat edib

İtaliyalı modelyer Roberto Kavalli 83 yaşında Florensiyada vəfat edib. Bu barədə İtaliyanın “La Stampa” və “Corriere della Sera” qəzetləri məlumat yayıb. Onlar modelyerin uzun müddətli xəstəlikdən sonra dünyasını dəyişdiyini bildiriblər.

Roberto Kavalli 1970-ci illərdən moda sənayesində çalışır. Öz brendini təsis edib, dəri məmulatlarına naxışların tətbiqi prosedurunu patentləşdirib və paltar kolleksiyası yaradıb. 1972-ci ildə Kavalli San-Tropedə ilk butikini açıb.

“La Stampa” qeyd edir ki, modelyerin altı uşağı qalıb, onlardan ən kiçiyinin bir yaşı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ