Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır. Bu barədə Lent.az saytı məlumat yayıb.
Nəşr bildirir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, Çingiz Abdullayev üç gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.
Bu gün onun halı yenidən pisləşib.