Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.
“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm”, - R. İsmayılova videomüraciətində bildirib.
Qeyd edək ki, R. İsmayılovanın Moskvada saxlanılması ilə bağlı xəbəri ilk olaraq APA Rusiya teleqram kanallarına istinadən yayıb.