Gecə klubu və rəqslər: Svetlana Bondarçuk Bakıya niyə gəlmişdi? - foto

Rusiyalı model və teleaparıcı Svetlana Bondarçuk ötən həftəsonu Bakıda olub. “Sveta vokruq sveta” YouTube layihəsinin müəllifi Bakıda rəfiqəsi, rəssam Aydan Salahovanın ad günündə iştirak edib.

S.Bondarçuk öz Telegram kanalında Azərbaycanın paytaxtına səfəri barədə ətraflı danışıb:

“Uzun müddətdir mənə abunə olan və ya YouTube kanalımı yaxından izləyən hər kəs (ümid edirəm ki, bu, hər birinizdir) Aydan Salahovanın “Sveta vokruq sveta” layihəsinin xaç anası olması barədə gözəl hekayəni bilir. o layihənin ilk qəhrəmanı olub. Onuncu sinifdən bəri tanıdığım dostum (illərin sayını saymayacam). Dekabrda onu Karrarada ziyarət edəndə o, bizi Bakıda ad gününə dəvət etdi. Mən tərəddüd etmədən razılaşdım! Mən həmişə sözümə əməl edirəm: dedim və etdim”.

S. Bondarçukun sözlərinə görə, “gözəl, qonaqpərvər şəhərdə bir neçə gün keçirdi”:

“Aydanın dünyanın hər yerindən dostları şənliyə toplaşdılar: Rusiyadan, Avropadan, ABŞ-dan, BƏƏ-dən. Çox fərqli insanlar - həyata fərqli baxışları, fərqli dinləri, fərqli siyasi inancları, dəyərləri, maraqları. Ancaq hamımız ortaq bir dil tapdıq və səbəbkarın ətrafında birləşdik”.

Svetlana Bondarçuk Bakıda çox rəqs etdiyini və gecə klubuna getdiyini də əlavə edib:

“Yemək yedik, yenə yedik və yenə yedik - bu bir növ qastronomik ekstravaqanza idi. Orada kafe və restoranlarda keçirdiyimiz qədər vaxt heç yerdə keçirməmişəm. Azərbaycanlı dizaynerlərin kolleksiyalarının satıldığı mağazaya da getməyi bacardım”.

Svetlana Bondarçuk Bakıya səfəri ilə bağlı hekayəsini bu cümlə ilə yekunlaşdırıb.

“Dostlarınızı sevin, ürəklərinizi açın və bütün qərəzləri bir kənara qoyun”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ