Əməkdar artist Rahib Əliyev vəfat edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev 78 yaşında dünyasını dəyişib.

Bu barədə jurnalist Turan Etibaroğlu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ