Efirdə biabırçılıq: Nadir başı üstdə dayandı - VİDEO

Müğənni Nadir Qafarzadə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” proqramında qonaq olub. 

Buta.media xəbər verir ki, Nadir verilişdə qonaq olan yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışıb.

Bu zaman köynəyinin qarın hissəsi açılan Qafarzadənin köməyinə aparıcı Zümrüd Bədəlova və rəqqasə Renka Ağamuradova çatıb.

Sosial şəbəkələrə yayılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ