Xalq artisti Röya Ayxan 2024-cü il “Avroviziya” təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı paylaşım edib.
Estrada ulduzu sosial şəbəkə hesabında “Özünlə apar” mahnısını paylaşıb.
Müsabiqə iştirakçılarına uğurlar arzulayan pop kraliça Dövlətova da duet təklifi göndərib:
“Sizə uğurlar diləyirəm. Şansınız bol olsun. Muğam oxuyan cavan oğlan, səninlə duet oxuyacağam. Xəbərin olsun”.