Muğam oxuyacaq: İlkin Dövlətov da “Avroviziya”ya gedir - video

Xəbər verdiyimiz kimi, Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək. 

Fahree səhnəyə tək çıxmayacaq. Onunla birlikdə səhnəni müğənni İlkin Dövlətov bölüşəcək. 

İlkin beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini oxuyacaq. 

“Avropa gözlə, muğam gəlir”, - deyə İlkin sosial media hesabında bildirib. 

Qeyd edək ki, bu il yarışma 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ