ABŞ-nin Los-Anceles şəhərində 96-cı “Oskar” mükafatlandırma mərasimi keçirilib.
“Oppenheymer” yeddi kateqoriya üzrə mükafat alıb.
Əsas kateqoriyalar üzrə qaliblərin siyahısı belədir:
“Ən yaxşı film” - “Oppenheymer”;
“Ən yaxşı rejissor” - Kristofer Nolan (“Oppenheymer”);
“Ən yaxşı aktrisa” - Emma Stoun (“Bəxtsiz”);
“Ən yaxşı aktyor” - Killian Mörfi (“Oppenheymer”);
“Ən yaxşı mahnı” - “Mən nə üçün yaradılmışam?” (“Barbi”);
“Ən yaxşı musiqi” - “Oppenheymer”;
“Ən yaxşı ikinci plan aktyoru” - Robert Dauni junior (“Oppenheymer”);
“Ən yaxşı xarici film” - “Maraq zonası”;
“Ən yaxşı uyğunlaşdırılmış ssenari” - “Amerika fantastikası”;
“Ən yaxşı orijinal ssenari” - “Düşmə anatomiyası” (“Anatomie d'une chute”);
“Ən yaxşı ikinci plan qadın rolu” - Davayn Coy Randolf (“The Leftovers”);
“Ən yaxşı animasiya filmi” - “Oğlan və quş” (“Kimitachi wa Dou Ikiru ka”).
“Ən yaxşı sənədli film” - “Mariupolda 20 gün”;
“Ən yaxşı orijinal saundtrek” - Lüdviq Qoransson (“Oppenheymer”);
“Ən yaxşı vizual effektlər” - “Godzilla: Mənfi Bir”;
“Ən yaxşı montaj” - Cennifer Leym (“Oppenheymer”);
“Ən yaxşı səs” - “Maraq zonası”;
“Ən yaxşı makiyaj və saç düzümü” - “Kasıblar və bədbəxtlər”;
“Ən yaxşı kostyumlar” - Holli Uoddinqton (“Kasıblar və bədbəxtlər”);
“Ən yaxşı istehsal dizaynı” - Şauna Hit, Ceyms Prays (“Kasıblar və bədbəxtlər”);
“Ən yaxşı qısametrajlı bədii film” - “Henri Şuqarın ecazkar hekayəsi”;
“Ən yaxşı qısametrajlı animasiya filmi” - “Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb”;
“Ən yaxşı qısametrajlı sənədli film” - “Son təmir sexi”.