Nigar Camalın adından dələduzluq - foto

Müğənni Nigar Camala qarşı dələduzluq edilib.

Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. O, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.

Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.

Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:

“Nəticəsi barədə məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ