Aparıcı İlkin Həsəni Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid edib.
Buta.media xəbər verir ki, aparıcı “Gənclik Mall” ticarət mərkəzinin qarşısından video paylaşaraq, yollardakı vəziyyətdən şikayətlənib:
“Əslində, BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam. Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”ın qarşısından başlayacaq, amma... Yenə həftəsonunda “Gənclik Mall”ın qarşısında tıxac, dərəbəylik, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb, gediblər. Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq”.
Qeyd edək ki, aparıcı videonun sonunda Bakı Nəqliyyat Agentliyinə kinayəli salam göndərib.