“Kapitan Marvel” və “Ulduz yolu”nun məşhur aktyoru vəfat edib

“Star Trek: Discovery” və “Captain Marvel” filmindəki rolları ilə tanınan kanadalı aktyor Kennet Mitçel uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat edib.

Ailəsinin Instagram sosial şəbəkəsində verdiyi məlumata görə, aktyor amiotrofik sklerozla beş ildən çox mübarizə apardıqdan sonra fevralın 24-də dünyasını dəyişib. Onun həyat yoldaşı və iki övladı qalıb.

Mitçel 1974-cü ildə Torontoda doğulub. O aktyorluq karyerası ərzində 60-a yaxın filmdə, o cümlədən “The Recruit” (2003) filmində, həmçinin “CSI: Miami” (CSI: Miami, 2002-2012), “The Mentalist” (2008-2015), “Lie to Me” (2009-2011) kimi seriallarda çəkilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ