Mətanət İsgəndərlinin qızı Ülkər ağır qəza keçirib - Maşın TIR-la toqquşub

Əməkdar artist Mətanət İsgəndərlinin Türkiyədə ailə quran qızı Ülkər 1 ay öncə ağır avtomobil qəzası keçirib.

Buta.media BAKU.WS-ə istinadən xəbər verir ki, xanım sənətçi bu barədə "Hər şey daxil" verilişində danışıb.

"Hamı bilirmiş. Atam, bacım, gəlinimiz, Kərim məndən gizlədiblər. Kərim hətta məndən gizlin gedib qurban kəsdirib. Qəza Antalyaya gedərkən baş verib. Böyük yük maşını, TIR olub, bunlar da 140-la gedirmiş. Gəlib Ülkər tərəfdən vurub. Üzündən xəsarətlər alıb. Gözünün üstü cırılıb, gəlib düşüb gözünün altına. Əməliyyat ediblər. Bir müddət xəstəxanada qalıb. Amma sürücüyə heç nə olmayıb. Sükan arxasında kürəkənimin dostunun xanımı olub. Sürücü maşın sürə-sürə "Redbull" açırmış.

Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirəm "Ay Ülkər, mənimlə niyə görüntülü danışmırsan?" Cavab verirdi ki, telefonum xarab olub. Orucluğun başlanmasını gözlədim, toylar bitən kimi qızımın yanına uçdum. İnanın, Ülkərin qəza keçirdiyini mənə Bakıda desəydilər, ölərdim. Ya iflic olardım, ya da insult keçirərdim".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ