“Etdim, niyə paylaşmadınız?” - Zaur Baxşəliyev

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o, aparıcısı olduğu “Bizimləsən” verilişində Arzu və Ceyran adlı iştirakçıların olmasını ona irad tutulanlara səslənib: 

“Bizə çox deyirlər ki, qaziləri, şəhid ailələrini dəvət etmirsiniz. Hər həftə bir qazi, şəhid ailəsi bizə müraciət edir. Bu, illərdir davam edir. Bir qazinin uğuruna sevinə bilməyib xanımın özünü yerə çırpmasını paylaşan insanlara demək istəyirəm ki, proqramda bir anda iki böyük hadisə baş verdi. Arzunun özünü yerə çırpmasını böyük hadisə adlandırmayacağam. TikTok səhifələrində “Arzu özünü növbəti dəfə yerə çırpdı” yazırlar. Deyirlər, canını Vətən yolunda qoyanları çağırın, bir qazini çağırın, Arzunu niyə çağırırsınız... Etdim, niyə paylaşmadınız? Deməli, siz də Arzu və Ceyranı görmək istəyirsiniz. Mən kimsənin sözünə əhəmiyyət verən deyiləm. Amma etdiyimi etdim”. 

Qeyd edək ki, proqramda 44 günlük Vətən müharibəsində yerimə qabiliyyətini itirən Vətən adlı qaziyə yardım edilib, onun yeriməsinə köməklik ediblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ