Cennifer Lopez Ben Affleklə yenidən sevgili olmasının səbəbini açıqlayıb

Müğənni Cennifer Lopez ayrıldıqdan 20 il sonra aktyor Ben Affleklə yenidən sevgili olmasının səbəbini açıqlayıb. Pop ulduzun sözlərini “Variety” sitat gətirir.

Cennifer Lopez bildirib ki, aktyor hər zaman onun həyatının sevgisi olub.

“Lakin hansısa səbəblərə görə bizə böyümək və başqa işlərlə məşğul olmaq lazım idi”, deyə o vurğulayıb.

C.Lopezin sözlərinə görə, evliliyinə və uşaqlarına baxmayaraq, o, həmişə Affleklə münasibətinin “yeganə sevgi” olduğunu hiss edirdi. Onlar planlarının əksinə olaraq yenidən bir araya gəliblər. “Keçmişdə biz həqiqətən bir-birimizdən ayrı yaşamağa başladıq, amma yenidən bir yerdə olanda hər şeyi başa düşdük”, müğənni deyib.

Sənətçi qeyd edib ki, Afflekdən ayrıldıqdan sonra özünü tanımağa çox vaxt ayırıb. “Mən daha yaxşı insan olmağa, özümü anlamağa və ola biləcəyim ən yaxşı insan olmağa çalışırdım ki, gözəl ana və övladlarım üçün gözəl nümunə ola bilim”. Cennifer Lopezin fikrincə, kainat onun keçmiş sevgilisi ilə birlikdə olmasına məhz öz üzərində işlədikdən sonra icazə verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ