Cavanşir: “Rolls Royce” bir məndə olub, bir də Ronaldoda - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan “Show news” proqramında illər əvvəl milyon dollara aldığı deyilən “Rolls Royce” avtomobilindən danışıb.

Buta.media xəbər verir ki, Cavanşir avtomobilinin qiymətinə görə tez-tez tənqid edildiyini dilə gətirib:

“Qoy, birdəfəlik qulaqlarını açıb eşitsinlər, sonra bir daha danışmasınlar. Dünya şou-biznesində “Rolls Royce” sürən bir mən olmuşam, bir də futbolçu Kriştianu Ronaldo. Nəyim var idi, toplayıb, o maşını aldım ki, qoy, musiqimin, sənətimin hörmətini erməni də, düşmən xalqlar da qansın.

Bunu şişirtdilər, dedilər ki, maşına milyon dollar pul verib. Bir milyonu verəndə yanımda idiniz? Bəlkə, onun içərisinə bir milyon da qoyub, mənə bağışlayıblar? Onun işlənmişi yarım milyondur”.

Məmmədov onu tənqid edənlərə efir vasitəsi ilə ismarıc yollayıb:

“Özünüzü yığışdırın! Bilin, kimlə, necə, harda... Arxivdə elə şeylər var ki, onlar açılsa, çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin!”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ