Xumar Qədimovanın yeni mahnısı trenddə birinci oldu - video

Əməkdar artist Xumar Qədimovanın yeni təqdim etdiyi “Sevdim səni” klipi izləmə rekordu qırıb. 

Müğənninin yeni işi 2 gün ərzində yarım milyondan çox izlənərək yutubun musiqi trendində birinci olub.

657 mindən çox izləmə sayı toplayan ekran işi hazırda yutubda ən çox izlənən videolar sırasında isə ikincidir. Qədimova bu siyahıda yer alan yeganə müğənnidir.

Sözləri Xalq şairi Ramiz Rövşənə aid olan mahnının musiqisi Qədimovanın özünə aiddir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ