“Klon” serialının ulduzu vəfat etdi - video

Braziliyalı aktrisa Jandira Martini 78 yaşında vəfat edib.

Bu haqda aktrisanın dostu Markos Karuzo məlumat yayıb.

Aktrisa tamaşaçılara Braziliyanın “Klon” serialındakı rolu ilə tanınır. Martini serialda baş qəhrəmanın köməkçisi Zorayde rolunu canlandırıb.

Martininin ölüm səbəbi açıqlanmayıb. Lakin “O Globo” nəşri daha əvvəl Martininin ağciyər xərçəngindən əziyyət çəkdiyini yazmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ