Ötən gün sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan, qeyri-etik hərəkətlər edərək “TikTok” üçün video çəkən şəxsin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat verilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan A.C. Nərimanov rayonu 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.